Slovakiyanın Baş Prokurorluğu respublikanın baş naziri Robert Fikonun Rusiyaya münasibəti ilə bağlı “Ukrayna üçün sülh” vətəndaş birliyinin sorğusuna baxacaq. Bu barədə jurnalistlərə Baş Prokurorluğun mətbuat katibi Yana Tekyolyova məlumat verib.
“Vətəndaş birliyinin (Ukrayna üçün Sülh) müraciəti Baş Prokurorluğa daxil olub.
Sənəddə bazar günü, dekabrın 22-də Rusiya Federasiyasında işgüzar səfərdə olan Fikonun hərəkətlərinə hüquqi qiymət verilməsi tələbi var. Rusiya Slovakiyanı dost olmayan dövlət kimi təsnif edir və buna görə də sorğu verən fəalların fikrincə, baş nazir respublikanın milli maraqlarına zidd hərəkət edib. Onu Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlara görə kəskin tənqid edirlər.
Dekabrın 23-də Bratislavada “Ukrayna üçün sülh” vətəndaş birliyinin təşəbbüsü ilə baş nazirin siyasətinə etiraz aksiyası keçirilib. Slovakiyada liberal müxalifət partiyalarının bir neçə yüz tərəfdarı iştirak edib. Onlar Fikonu Rusiya Federasiyasına səfərinə görə tənqid ediblər. (Tass)