Amerika administrasiyası İsrailin Səna beynəlxalq hava limanına və Yəmənin digər mülki infrastrukturuna zərbələr endirməsi ilə bağlı şərh verməkdən imtina edib.
“Mən onların özünümüdafiə məqsədi ilə həyata keçirdikləri zərbələrə münasibət bildirməyəcəyəm, ancaq deyəcəyəm ki, Husilər israillilərin təhlükəsizliyi üçün həqiqi təhdid yaratmağa davam edirlər”, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirilən müntəzəm onlayn brifinqdə bildirib.
“Əlbəttə, biz onların mülki infrastruktura minimal təsir göstərərək və təbii ki, mülki şəxslər üçün daha az risklə əməliyyatlar keçirmələrini istəyirik” dedi Ağ Ev sözçüsü. “Və biz onlarla (İsrail rəsmiləri – TASS qeydi) bu mövzuda söhbətimizi davam etdiririk”, – Kirbi əmin edib.