Satıcılar və işçilər dekabrın 20-də bir adamın avtomobili ziyarətçilərin üzərinə sürdüyü Maqdeburqda (Saksoniya-Anhalt federal əyaləti) Milad bazarının erkən sökülməsinə başladılar. Bu barədə “Bild” qəzeti yazır.
Nəşrin məlumatına görə, faciədən bir həftə sonra piştaxtaların və attraksionların sökülməsinə başlanılıb. Milad bazarı dekabrın 20-dən bağlanıb.
Hazırda təhlükəsizliyin təmin edilməsində hüquq-mühafizə orqanları tərəfindən hər hansı səhvlərə yol verilib-verilməməsi ilə bağlı araşdırma aparılır. (Tass)