İyun 18, 2025-13:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

ASCO tarixində ilk dəfə iki xanımı motorçu kimi işə qəbul edib

2024:12:28 - 11:40
in İQTİSADİYYAT
A A

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmiçilik sektorunda gender bərabərliyini və inklüzivliyi təmin etmək məqsədilə mühüm addım ataraq, ilk dəfə iki xanımı – Röya Ələkbərlini və İradə Astanovanı motorçu kimi işə qəbul edib.

“Report” ASCO-ya istinadən xəbər verir ki, onlar Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Gəmi energetik qurğularının istismarı mühəndisliyi ixtisasının 2024-cü il məzunlarıdırlar. İradə Astanova sözügedən ixtisasın Azərbaycan dili bölməsində, Röya Ələkbərli isə ingilis dili bölməsində təhsil alıb. Hər iki xanımın hədəfli gələcəkdə baş mexanik vəzifəsinə yüksəlməkdir.

ASCO-nun insan resurslarının idarə edilməsi qaydalarına əsasən, test imtahanı və müsahibəni uğurla keçən bu xanımlar donanmanın işçi ehtiyaclarına uyğun olaraq işə qəbul olunublar. İradə Astanova “Prezident Heydər Əliyev” tankeri, Röya Ələkbərli isə “Culfa” tankerində fəaliyyətə başlayıb. Bu gəmilər Xəzər dənizinin ən böyük tankerlərindən sayılır.

Qeyd edək ki, bundan əvvəl ASCO inklüzivlik prinsiplərini əsas götürərək, ADDA məzunu olan ilk xanım matrosunu işə qəbul etmişdi. Matros Nuranə Əkbərzadə hazırda RoPax tipli “Zərifə Əliyeva” gəmi-bərəsində uğurla çalışır.

Əvvəlki Yazı

Təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib

Növbəti Yazı

Polis Akademiyasının rəisi: Vəkil və polis arasında əməkdaşlıq mövcuddur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.