İyun 23, 2025-15:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Ankarada görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının irsi müzakirə olunub

2024:12:28 - 16:14
in MƏDƏNİYYƏT
A A

Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş Katibliyinin binasında görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində yazıçının seçilmiş əsərlərinin təqdimatı olub.

Tədbir iştirakçıları “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad ediblər.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı qeyd edib ki, Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının rəmzi simalarından biridir. Onun sözlərinə görə, Azərbaycan teatr sənətinin və kinosunun inkişafında təkan dramaturqun adı ilə bağlıdır.

“TÜRKSOY Cəfər Cabbarlı irsinin təbliğinə töhfə verməyə çalışır. Dramaturqun türkcə əsərlər toplusu Azərbaycanın görkəmli ziyalılarının yaradıcılığı ilə bağlı Türkiyənin geniş ictimaiyyətini məlumatlandırmaq məqsədi daşıyır”, – deyə E.Qafarlı qeyd edib.

Ölkəmizin Ankaradakı səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov görkəmli dramaturqun seçilmiş əsərlərindən ibarət toplunun hazırlanmasında TÜRKSOY-un rəhbərliyinə və layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.

“Cəfər Cabbarlının yaradıcılığı Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə kimi görkəmli yazıçı, şair və maarifçilərin irsi ilə bir sırada yer alıb. Azərbaycan klassik dramaturgiyasının inciləri sayılan əsərlər onun qələmindən çıxıb”, – deyən S.Abbasov Cəfər Cabbarlının əsərlərini əbədi irs, Azərbaycan yazıçılarının yeni nəsilləri üçün bələdçi adlandırıb.

Daha sonra Cəfər Cabbarlının irsi mövzusunda sənədli film nümayiş etdirilib.

Professor İsrafil İsrafilov isə cəmi 35 il ömür sürmüş, bütün Türk dünyası ədəbiyyatında parlaq, təkrarsız iz buraxmağı bacarmış Cəfər Cabbarlının bənzərsiz şəxsiyyətindən söz açıb. “Söhbət hərtərəfli şəxsiyyətdən – təkcə yazıçı və dramaturq deyil, həm də istedadlı şairdən gedir. Onun poetik yaradıcılığını dərk etmək üçün “Ana” şeirinin gözəlliyini, eləcə də Azərbaycanın üçrəngli bayrağına həsr olunmuş sətirləri təhlil etmək kifayətdir. O, yaradıcılığı ilə, şübhəsiz ki, Azərbaycan dilini zənginləşdirib”, – deyə professor qeyd edib.

Cəfər Cabbarlının dramatik irsinin Azərbaycanda bütöv bir aktyor pleyadasını formalaşdırdığı da vurğulanıb.

Əvvəlki Yazı

Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin nümayəndələri Aktauya gəlib

Növbəti Yazı

Füzuli yaradıcılığı ilə bağlı elmi konfransda 40-dan çox məruzə dinlənilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.