İsrail ordusunun hava zərbələri nəticəsində Qəzza zolağında daha bir məscidin tamamilə dağıdıldığı açıqlanıb.
Qəzza Daxili İşlər Nazirliyinin Telegram hesabında verdiyi açıqlamada, İsrail ordusu tərəfindən Qəzza Zolağının şimalındakı Cibaliye bölgəsində hədəf alınan Əl-Öməri məscidinin tamamilə dağıdıldığı bildirilib.
Açıqlamada hücumda ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
HƏMAS-a bağlı hökumətin Qəzza zolağındakı mətbuat xidmətinin rəhbəri Selame Maruf oktyabrın 18-də deyib: “İsrail 10 məscidi dağıdıb, onlarla məscid və məbədə ziyan vurub. Bunların arasında 7 tarixi məscid və kilsə var” deyib. (TRT Haber)