İsrailin Dəməşq əyalətində silah-sursat anbarını vurduğu iddia edilir. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, ehtimal ki, İsrail ordusuna məxsus pilotsuz təyyarə Suriya paytaxtından təxminən 25 km aralıda yerləşən Adra bölgəsində silah-sursat anbarına hücum edib. Hücum nəticəsində azı 17 nəfər həlak olub. (Tass)