Baltikyanı və Skandinaviya ölkələri mühüm infrastrukturun mühafizəsini gücləndirmək üçün fəaliyyət planı hazırlayır. Bu barədə jurnalistlərə Litvanın baş naziri Gintautas Paluckas məlumat verib.
“Plan hazırlanmaqdadır, o, təkcə Baltikyanı ölkələr səviyyəsində deyil, həm də Skandinaviya tərəfdaşları ilə razılaşdırılacaq”, – Nazirlər Kabinetinin rəhbəri bildirib.
İlk növbədə, hökumət başçısının sözlərinə görə, Baltik dənizində gəmilərin düzgün izlənilməsini təmin etmək lazımdır. “Biz kimin və harada manevr etdiyini, bununla bağlı hansı risklərin yarana biləcəyini və qabaqlayıcı tədbirlərin, o cümlədən texnoloji vasitələrlə necə təmin olunacağından xəbərdar olmalıyıq”, – deyə baş nazir qeyd edib.
Paluckas xatırladıb ki, Litvada infrastrukturu kənar müdaxilələrdən zərər çəkə biləcək dəniz külək stansiyalarının tikintisi layihəsi həyata keçirilir. “Onun təhlükəsizliyini təmin etmək üçün əvvəlcədən hazırlaşmaq lazımdır” deyib Paluckas.