Qəzza zolağının şimalından radikallar tərəfindən buraxılan raket İsrailin cənubundakı yaşayış olmayan ərazidə partlayıb. Bu barədə Yəhudi Dövlət Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Departament qeyd edib ki, bu atəşə görə Fələstin anklavı ilə sərhəd yaxınlığında yerləşən Kissufim kəndində hava hücumu xəbərdarlığı elan edilib. (Tass)