Venesuela Ali Məhkəməsi TikTok sosial şəbəkəsini insanın psixi və fiziki sağlamlığına zərər vuran məzmun yaydığına görə 10 milyon dollar cərimələyib. Bu barədə Bolivar Respublikası Ali Məhkəməsinin sədr müavini Tania D’Amelio Venezolana de Televisión telekanalının efirində məlumat verib.
Venesuela Ali Məhkəməsi “TikTok-a bu qərarın dərcindən sonra səkkiz gün ərzində [Venesuela] Milli Rabitə Komissiyasına ödənilməli olan 10 milyon dollar cərimə və yayılmasının qarşısını almaq üçün tədbirlərin görülməsi zərurəti barədə məlumat verir,” D’Amelio bildirib. O, 10 milyon dollarlıq TikTok Qurbanları Fondunun “viral çağırışların ilk növbədə uşaqların və yeniyetmələrin psixoloji və fiziki sağlamlığına vurduğu zərəri” kompensasiya etmək üçün yaradılacağını söyləyib. (Tass)
Ali Məhkəmə həmçinin TikTok-a ölkədə qanuni qaydalara əməl olunmasına nəzarət etmək üçün Venesuelada nümayəndəlik yaratmağı tapşırıb.