Suriyanın yeni hakimiyyət orqanları Moskva və Kiyevlə münasibətlərdə tarazlığa nail olmağa çalışır. Bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani deyib.
“Biz Rusiya və Ukrayna ilə münasibətlərimizdə tarazlığa nail olmağa çalışırıq”, o, “Al Arabiya” telekanalına deyib.
Bundan əvvəl, Dəməşqdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüşdən sonra Əl-Şibani vurğulamışdı ki, “yeni Suriya Suriya paytaxtına gələn bütün ərəb və xarici nümayəndə heyətlərini alqışlayır” və Ukrayna tərəfi ilə “strateji tərəfdaşlıq” qurmaq niyyətindədir. (Tass)