İyun 14, 2025-23:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

İsveçrədə burqa və niqab geyinməyə qadağa qüvvəyə minib

2025:01:01 - 10:14
in DÜNYA
A A

2025-ci il yanvarın 1-dən İsveçrə hakimiyyəti ictimai yerlərdə üzü tamamilə gizlədən geyim və qarderob əşyalarının, o cümlədən burqa və niqabın geyinilməsini qadağan edib. Qadağanın pozulmasına görə cərimələr 100 ilə 1 min İsveçrə frankı arasında dəyişir (110,2 dollardan 1102 dollara qədər).

İsveçrə əhalisi 2021-ci ilin martında keçirilən referendumda müvafiq təşəbbüsə səs verib. Həmin vaxt sorğu iştirakçılarının 51,2%-i qadağanı dəstəkləyib. Əvvəllər bu məhdudiyyət yalnız Sankt-Qallen və Tiçino kantonlarında regional səviyyədə tətbiq edilirdi.

Qadağa müsəlman dindarların geydiyi niqab və burka kimi geyimlərə, həmçinin futbol azarkeşlərinin geyindiyi balaklavaya təsir edəcək. İndi onları mağazalarda, restoranlarda, dövlət qurumlarında və ictimai nəqliyyatda taxmaq qadağandır. Bununla belə, üzü örtən geyim əşyaları yenə də ibadət yerlərində, karnavallarda və ya soyuqdan qorunmaq üçün geyinilə biləcək.

İsveçrə prezidenti Karin Keller-Sutterin sözlərinə görə, qadağa İsveçrədə yaşayan 400 min müsəlmanın yalnız kiçik bir hissəsinə təsir edəcək. (Tass)

Əvvəlki Yazı

Azərbaycanda insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 %-i geri qaytarılır

Növbəti Yazı

Xankəndi şəhəri Yeni ili Zəfər atəşfəşanlığı ilə qarşılayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.