İyun 15, 2025-21:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İlham Əliyevin yürütdüyü siyasət dövrün tələblərinə, günün reallıqlarına əsaslandığı üçün uğurludur – RƏY

2025:01:01 - 14:12
in SİYASƏT
A A

Prezident İlham Əliyevin yürütdüyü siyasət dövrün tələblərinə, günün reallıqlarına əsaslandığı üçün uğurludur.

Bu fikirləri “Report”a Milli Məclisin üzvü Tahir Rzayev deyib.

O qeyd edib ki, bu siyasətin təməlində Azərbaycanın müstəqilliyinin və suverenliyinin tam təmin olunması, xalqın rifahının yaxşılaşdırılması, milli maraqların təmin olunması, ordunun gücləndirilməsi, sərhədlərimizin qorunması və dövlətin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi durur:

“Vətən müharibəsində 24 saatlıq antiterror tədbirlərində birlik, vətən, xalq, torpaq uğrunda mübarizədə səfərbər olmaq amalı özünü aydın şəkildə göstərdi. Qələbəni əldə etmək, onu qorumaq və ölkənin müstəqilliyini daha da möhkəmləndirmək hər bir dövlət rəhbəri üçün şərəf və fəxarət vəzifəsidir. Ali Baş Komandanın Azərbaycan torpaqlarını düşməndən azad etmək uğrunda apardığı mübarizə, ordunun və xalqın bu mübarizədə qəhrəmanlığı bir daha sübut etdi ki, İlham Əliyevin yürütdüyü siyasət bəşəridir, haqqa, ədalətə, beynəlxalq normalara əsaslanır.

Azərbaycanın qələbəsi uğurlar, yeni reallıqlar yaratdı. Bu reallıqlar dünya üçün bir nümunədir. Çünki dünyada baş verən hadisələri, gərgin prosesləri izləmədən və siyasi kursu mövcud reallıqlar əsasında formalaşdırmadan beynəlxalq aləmdə uğur qazanmaq mümkün deyil”.

Deputatın sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda bir güc mərkəzinə çevrilib və regionun lider dövlətidir:

“Azərbaycanın qələbəsinə rəğmən, ermənilərə münasibətdə Prezident yenə də sülh mövqeyindən çıxış edir. Onlara danışıqlara gəlməyi, sülh müqaviləsini imzalamağı tövsiyə edir. Ölkə rəhbərinin demokratiya, sülh, əmin-amanlıq çağırışları nəinki ölkə vətəndaşları tərəfindən, dünyanın digər sülhsevər qüvvələri tərəfindən də rəğbətlə qarşılanır.

Dünyanın bir çox ictimai-siyasi xadimləri, dövlət rəhbərləri İlham Əliyevin fəaliyyətinə yüksək qiymət verir, onu bir lider, rəhbər kimi qiymətləndirirlər. Bu, xalqımız üçün qürurvericidir”.

Əvvəlki Yazı

Bu il Ağdamda tütün məmulatlarının istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

Növbəti Yazı

Fiko Ukrayna ərazisindən qaz tranzitinin dayandırılmasının nəticələri barədə xəbərdarlıq edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.