ABŞ-da müstəntiqlər Nyu Orleanda (Luiziana ştatı) azı 10 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənin kimliyini müəyyən ediblər.
Bu barədə CBS telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, şübhəlinin adı Şəmsud Din Cabbardır. Bu məlumatı iki federal məmur telekanala təsdiqləyib.
The Wall Street Journal- ın məlumatına görə , hücumu törədənin 42 yaşı var. Öz növbəsində CNN iki məlumatlı mənbəyə istinadən onun ABŞ vətəndaşı olduğunu iddia edir.
FTB TASS-ın mətbuatda dərc olunan məlumatlarla bağlı şərh istəməsinə hələlik cavab verməyib. (Tass)