İkinci Dünya Müharibəsi zamanı Macarıstanda ölən və dəfn edilən 5 mindən çox sovet əsgərinin əvvəllər məlum olmayan adı rusiyalı ekspertlər tərəfindən 2024-cü ildə müəyyən edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Avropa ölkəsində hərbi anma işləri üzrə nümayəndəsi Şerali Mamasoliev TASS müxbirinə müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, son 12 ayda “1944-1945-ci illərdə faşistlərlə döyüşlərdə həlak olmuş sovet əsgər və zabitlərinin dəfn olunduğu yerlər üzrə xatirə lövhələrində 3131 nəfərin adı əbədiləşdirilib”. Bundan başqa, ötən il Macarıstanda 16 hərbi məzar yenidən aşkar edilib, 14-də isə bərpa işləri başa çatıb.
Təmirdən sonra Noqrad, Fejer, Somogy və ölkənin digər ərazilərində sovet əsgərlərinin abidələrinin açılışı olub. Avropanı nasist qoşunlarından azad etmiş 99 sovet əsgər və zabitinin qalıqlarının yenidən dəfn olunduğu Dunaujvaros şəhərinin mərkəzi şəhər qəbiristanlığında yeni xatirə kompleksi yaranıb. (Tass)