Fələstinin radikal İslami Cihad qrupu iddia edir ki, Qəzza zolağında saxlanılan israilli girovlardan biri onun azadlığa buraxılması üçün aparılan danışıqlar dalana dirəndiyi üçün intihara cəhd edib.
“Üç gün əvvəl, [İsrailin baş naziri Benyamin] Netanyahu hökuməti Qəzzada atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı danışıqları gecikdirən yeni şərtlər irəli sürdükdən sonra, o, əsirlərdən birinin intihara cəhdinin qarşısını aldı. “, – İslami Cihadın hərbi qanadının – Saraya əl-Qüds qrupunun rəsmi nümayəndəsi Əbu Həmzə Telegram kanalında yazıb.
Onun sözlərinə görə, sözügedən girov İsraillə razılaşmanın ilk mərhələsində radikalların azad etməyə hazır olduqları şəxslər arasındadır. İnsidentin fonunda Saraya əl-Qüds tərəfdarları “ixtiyarında olan israilli girovların təhlükəsizliyini gücləndirmək” qərarına gəliblər”, – onların nümayəndəsi vurğulayıb. (Tass)