İsrail nümayəndə heyəti Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün tezliklə Qətərə gedəcək. Müvafiq əmri Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu verib.
“Baş nazir Benyamin Netanyahu [kəşfiyyat xidməti] Mossad, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin nümayəndələrinin daxil olduğu peşəkar nümayəndə heyəti ilə Dohada danışıqların davam etdirilməsini təsdiqləyib”, – Baş Nazirin Ofisinin açıqlamasında deyilir.
“The Times of Israel” in məlumatına görə , İsrail nümayəndə heyəti yanvarın 3-də Qətərin paytaxtına uçacaq.
İsrail nümayəndələrinin iştirakı ilə danışıqların sonuncu raundu 2024-cü ilin sonunda Dohada baş tutub. Dekabrın 24-də onlar “daxili məsləhətləşmələr aparmaq üçün” evə qayıdıblar. (Tass)