Qazaxıstan hakimiyyəti Çinlə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ana Tili” (“Ana dil”) qəzetində dərc olunan müsahibəsində deyib.
“Çin ilə hərtərəfli əməkdaşlığın gələcək inkişafı Qazaxıstan diplomatiyasının mühüm vəzifəsi olaraq qalacaq, bu ölkə Qazaxıstanın əsas ticarət tərəfdaşı mövqeyini möhkəm tutur və iqtisadiyyatımızın ən böyük investorlarından birinə çevrilib”, – Tokayev bildirib.
Onun sözlərinə görə, ən yüksək səviyyədə dialoq 2025-ci ildə də davam edəcək. “Sədr Si Cinpinin Mərkəzi Asiya-Çin sammitində iştirakı planlaşdırılır. Əminəm ki, onun Qazaxıstana səfəri, eləcə də bu payızda Çində keçiriləcək danışıqlar iki ölkə arasında çoxşaxəli qarşılıqlı fəaliyyətin daha da möhkəmlənməsinə töhfə verəcək”- Qazaxıstan prezidenti vurğulayıb. (Tass)