Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev 2024-cü il dekabrın əvvəlində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı zamanı Ukraynadakı vəziyyəti müzakirə edib. Tokayevin sözlərinə görə, nizamlanma ilə bağlı qərar münaqişə tərəflərindən və Trampdan asılıdır.
“Telefon danışığı zamanı Donald Tramp Ukraynada hərbi əməliyyatların dayandırılması ilə bağlı vizyonumuzu soruşdu, bu mövzu mənim üçün yeni deyil, çünki eyni sualı 2024-cü ildə bir çox dövlət başçıları və beynəlxalq təşkilatlar verib”, – Tokayev bildirib. “
Qazaxıstan prezidenti “problemin müstəsna mürəkkəbliyini tanıyır, onun həlli münaqişəli ölkələrin başçılarının və təbii ki, bir dünya dövlətinin lideri kimi Trampın özünün iradə və istəyindən asılıdır” deyib. (Tass)