Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının onlarla hədəfinə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Onun sözlərinə görə, zərbələrin hədəfi HƏMAS silahlı qruplaşmalarının üzvlərinin 40-a yaxın toplaşma məntəqəsi, eləcə də anklavda bir sıra radikal komandanlıq məntəqələri olub.
Ordunun bildirdiyinə görə, zərbələr nəticəsində onlarla radikal öldürülüb.
Məlumatda qeyd olunur ki, bəzi obyektlər keçmiş məktəblərin ərazisində yerləşirdi. Mətbuat xidməti əmin edib ki, İsrail hərbçiləri mülki şəxslərə zərər verməmək üçün əlavə tədbirlər görüb. (Tass)