Rusiya BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında İsraili Qəzza zolağında hərbi əməliyyatları dərhal dayandırmağa çağıraraq, mülki əhalinin müdafiəsi və humanitar yardımın təmin edilməsinin vacibliyini vurğulayıb.
Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, sektorun blokadası və atəşə tutulması humanitar fəlakətə, tibbi infrastrukturun dağılmasına və insanların kütləvi surətdə köçməsinə səbəb olub. Nebenzya ÜST-nin xəstələrin Qəzzanın cənub bölgələrinə təxliyəsi təşəbbüsünü dəstəkləyərək, “Mülki hədəflərin davam edən atəşə tutulmasından son dərəcə narahatıq və bu sektorun səhiyyə sistemi praktiki olaraq məhv edilib” deyib.
Rusiya “İki xalq üçün iki dövlət” düsturuna sadiqliyini bir daha bəyan edərək bildirib ki, İsrailin təhlükəsizliyinin təmin edilməsi ancaq Fələstinlilərin paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində öz dövlətləri hüququnun həyata keçirilməsi ilə mümkündür. (Tass)