Koreya Respublikasının xarici işlər naziri Ço Tae-yol və ABŞ dövlət katibi Antoni Blinken yanvarın 6-da KXDR-in raket buraxılışını pisləyirlər. Bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəhbəri Seulda danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
“Biz bu gün Şimali Koreyanın ballistik raketinin buraxılışını pisləyirik” deyib Ço Tae-yol. Cənubi Koreyalı nazir qeyd edib ki, o, Blinkenlə KXDR-in nüvə proqramı və Moskva ilə Pxenyan arasında əməkdaşlıq, eləcə də BMT-nin KXDR-ə qarşı sanksiyalarına əməl olunması məsələlərini müzakirə edib.
Cənubi Koreyaya görə, orta mənzilli ballistik raketin buraxılması yerli vaxtla günorta radələrində ( Bakı vaxtı ilə 07:00) Pxenyan ərazisindən Yapon dənizinə doğru həyata keçirilib. Raket təxminən 1100 km məsafə qət edib. Əvvəlki dəfə Şimali Koreya noyabrın 5-də raket atmışdı. (Tass)