İyun 19, 2025-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb

2025:01:06 - 13:24
in İQTİSADİYYAT
A A

“SOCAR Turkiye Enerji” şirkəti 2008-2024-cü illərdə “Petkim” neft-kimya kompleksinin zavodlarına ümumilikdə təxminən 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub.

“Report”un Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə “SOCAR Turkiye”nin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Kənan Mirzəyev bu gün İstanbulda keçirilən mətbuat konfransında bildirib.

“SOCAR Turkiye Enerji” şirkətinin “Petkim”in zavodlarına sərmayə qoyuluşunun illik həcmi orta hesabla 113 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə, şirkətin 2008-2024-cü illərdə bu məqsədlər üçün kapital qoyuluşu (CAPEX) təxminən 2 milyard ABŞ dolları olub”, – K.Mirzəyev qeyd edib.

Onun sözlərinə görə, qeyd olunan kapital qoyuluşlarından əlavə, 2018-ci və 2022-ci illərdə “Petkim”də əsaslı təmir üçün planlaşdırılmış xərclər də həyata keçirilib.

“Bu sərmayələr kompleksin zavodlarının istehsal dayanıqlığının artırılmasında mühüm rol oynayıb”, – K.Mirzəyev bildirib.

Xatırladaq ki, “SOCAR Turkey” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Turkey” qonşu ölkənin “Petkim Petrokimya Holding” – neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir. Türkiyədə şirkət həmçinin STAR neft emalı zavodu, konteyner terminalı, elektrik stansiyası tikib, həmçinin daxili bazara qaz tədarükü və Türkiyənin bir sıra iri şəhərlərindəki hava limanlarında təyyarələrin yanacaqdoldurma məntəqələrinə neft məhsulları tədarükü ilə məşğuldur.

Əvvəlki Yazı

Yeni ilin ilk günündə 30 kiloqram narkotik aşkarlanıb

Növbəti Yazı

İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb – YENİLƏNİB

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.