İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 50-yə yaxın fələstinli ölüb, 75-i yaralanıb. Fələstin anklavının Səhiyyə Nazirliyi müvafiq bəyanatla çıxış edib.
“Son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində 48 nəfər ölüb, 75 nəfər yaralanıb”, – deyə idarənin Telegram kanalında dərc olunan xülasədə deyilir. Səhiyyə Nazirliyi bildirir ki, 2023-cü ilin oktyabr ayından Qəzzada 45 854 nəfər həlak olub, 109 139 nəfər yaralanıb. (Tass)