ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o, artıq Panama kanalı ilə bağlı məsələni Panama hakimiyyəti ilə müzakirə edir.
Danışıqların heç bir təfərrüatını vermədən Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında jurnalistlərə danışan o, “Hazırda onlarla [Panama səlahiyyətliləri] ilə Panama kanalını müzakirə edirik” dedi.
Seçilmiş Amerika liderinin sözlərinə görə, Panama hakimiyyəti Panama kanalı ilə bağlı “müqavilənin hər bəndini” pozub və eyni zamanda Vaşinqtondan su yolunun təmiri üçün vəsait almaq istəyir. Bundan əlavə, Tramp “Çin mahiyyətcə kanala nəzarəti ələ keçirir” iddiasını səsləndirib.
Bundan əvvəl Tramp bildirmişdi ki, ABŞ Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmayacağı təqdirdə ona nəzarətin qaytarılmasını tələb edə bilər. O, marşrut boyu tranzit üçün yüksək tarifləri tənqid edərək, 1999-cu ildə kanala nəzarətin verilməsinin digər ölkələrə güzəşt deyil, “əməkdaşlıq jesti” olduğunu vurğulayıb. Panama prezidenti Xose Raul Mulino bildirib ki, kanalın suverenliyi və ölkənin müstəqilliyi ilə bağlı danışıqlar aparıla bilməz. (Tass)