ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq istədiyini bildirib və bunun rəsmi olaraq vəzifəyə başladıqdan sonra ilk altı ay ərzində baş verə biləcəyini etiraf edib. Siyasətçi planlarını Mar-a-Laqo (Florida) iqamətgahında jurnalistlərə danışarkən bölüşüb.
“Altı ayın sonuna qədər yaxşı danışıqlar aparacağıma ümid edirəm”, o, ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra ilk üç-altı ay ərzində Putinlə danışıqların mümkünlüyü barədə jurnalistin sualını cavablandırarkən deyib. (Tass)