Avqust 25, 2025-2:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

SOCAR-ın payçı olduğu şirkətinin İdarə Heyətinə yeni rəhbər təyin edilib

2025:01:08 - 14:08
in İQTİSADİYYAT
A A

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payçı olduğu “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin İdarə Heyətinin yeni sədri Mixail Kravçenko təyin edilib.

Bu barədə “Report” şirkətə istinadən məlumat yayıb. M. Kravçenko vəzifəsinin icrasına 2025-ci il yanvarın 1-dən başlayıb.

Təsis müqaviləsinə əsasən, “Sarmatiya” şirkətində İdarə Heyətinə rəhbərlik rotasiya mexanizminə uyğun olaraq həyata keçirilir.

M. Kravçenko hazırda Ukraynanın “Ukrtransnafta” Səhmdar Cəmiyyətini İdarə Heyətində təmsil edir. O, bu vəzifədə Bożena Knipfelberqi əvəz edib. B. Knipfelberq isə “Sarmatiya” şirkətində İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, “Sarmatia” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları SOCAR (25,32% ), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (16,09 %), “Ukrtransnafta” (28,79 %), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79 %) və Litvanın “AB Klaipedos Nafta” (1 %) şirkətləridir.

Şirkətin əsas məqsədi Xəzər regionunun enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılmasını təmin etməkdir. Bu kontekstdə Brodı-Plotsk neft boru kəməri xüsusi əhəmiyyət kəsb edir. Brodı-Plotsk neft boru kəməri hazırda Avrasiya Neft Nəqli Dəhlizinin çatışmayan yeganə və əsas hissəsidir. Layihənin həyata keçirilməsi ilə Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün etibarlı və dayanıqlı bir marşrut əldə edəcək.

Boru kəmərinin ümumi uzunluğu 377 kilometr təşkil edir. Bunun 120 kilometrlik hissəsi Ukrayna, 257 kilometrlik hissəsi isə Polşa ərazisində inşa ediləcək. Bu layihə, həmçinin Avropa İttifaqının enerji təhlükəsizliyi strategiyasında mühüm rol oynayır.

Əvvəlki Yazı

Tərtərdə iki nəfərin öldüyü avtoqəza ilə bağlı sürücü saxlanılıb, cinayət işi açılıb

Növbəti Yazı

ADPU-nun e-kitabxana xidmətindən ötən il 34 minədək şəxs yararlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.