Minerallarla zəngin Qrenlandiyanın hipotetik şəkildə alınması ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp üçün pis sövdələşmə olardı, çünki Birləşmiş Ştatlar artıq strateji əhəmiyyətli adadan istədiyi hər şeyi alır. Bu qənaətə “Politico” qəzeti gəlir.
Onun sözlərinə görə, “Qrenlandiyanın əldə edilməsi və ya güc yolu ilə ələ keçirilməsi əslində Vaşinqtonun perspektivlərini yaxşılaşdırmayacaq”. ABŞ orada artıq öz məqsədlərinə nail olub. Onların Pituffik adasındakı (keçmiş Tule Hərbi Hava Bazası) kosmik bazası “arktika regionu üzərində erkən xəbərdarlıq sistemləri və hava qüvvələri üçün mühüm hərbi obyektdir”. “Politico” xatırladır ki, Ağ Ev həmçinin Qrenlandiyada nadir torpaq metallarının böyük bir yatağının Çinə satışının qarşısını alıb.
Qrenlandiya hökuməti Vaşinqtonla biznes imkanlarını müzakirə etməyi və adanın mədən sektorunu inkişaf etdirməyi səbirsizliklə gözlədiyini bildirib. “Hökumət yeni seçilmiş prezident Donald Tramp və onun yeni administrasiyası ilə əlaqə qurmağı səbirsizliklə gözləyir”, – məlumatda deyilir. (Tass)