Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani Avropa ölkələrinə səfər etmək niyyətində olduğunu açıqlayıb.
O, Dəməşqdə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə mətbuat konfransı zamanı deyib: “Mən yüksək səviyyəli nümayəndə heyətinə Avropa ölkələrinə əməkdaşlığın gücləndirilməsinə yönəlmiş turu təşkil etmək üçün başçılıq edəcəyəm”. Əl-Vətən qəzeti əş-Şibaninin sözlərini sitat gətirir . Səfərlərin tarixləri dəqiqləşdirilməyib. (Tass)