Danimarka Amerikanın seçilmiş prezidenti Donald Trampın dövründə Qrenlandiyanın hərbi yolla ABŞ-a mümkün ilhaqına heç nəyə qarşı çıxa bilməyəcək, çünki o, silah və hərbi texnikasının böyük hissəsini Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına göndərib. Bu qənaətə “Politico” qəzeti gəlib.
Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar dünyada ən çox müdafiə xərclərinə sahibdir – 2023-cü ildə 948 milyard dollar, Amerika silahlı qüvvələrinin sayı isə 1,3 milyondur, onların bir hissəsi Qrenlandiyada yerləşir. Onun sözlərinə görə, Danimarka 2023-cü ildə müdafiəyə təxminən 10 dəfə az – 9,9 milyard dollar xərcləyib və krallığın ordusunda cəmi 17 min hərbi qulluqçu var.
Qəzetin yazdığına görə, “Danimarka silahlı qüvvələri ABŞ-ın Qrenlandiya işğalına qarşı müqavimət göstərmək üçün kifayət qədər hazırlıqlı və təchiz olunmayıb”. Bundan əlavə, krallıq “ağır hərbi texnikanın böyük hissəsini Ukraynaya bağışladı” və “öz silah ehtiyatlarını əhəmiyyətli dərəcədə tükəndirdi, tankları və artilleriya sistemlərini Kiyevə verdi”.
Nəşrin yazdığına görə, Kopenhagen bu silahları özündə saxlasa belə, “onların Qrenlandiyanı ABŞ-ın işğalından qorumaq baxımından çox az faydası olacaq”. Kopenhagen Universitetinin Hərbi Araşdırmalar Mərkəzinin baş elmi işçisi Kristian Sobi Kristensen, “ Orada yalnız havadan və ya dənizdən fəaliyyət göstərə bilərsiniz” deyib. (Tass)