İyul 12, 2025-10:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

İmişlidə pambıqçılıq üzrə son 10 ilin maksimum məhsuldarlığı qeydə alınıb

2025:01:13 - 15:00
in İQTİSADİYYAT
A A

İmişli rayonu ərazisində pambıq tarlaları üzrə uğurlu nəticələr əldə olunub. Son 10 ildə rayon üzrə hektar payına görə maksimum məhsuldarlıq qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayonunda pambıq tarlalarında yığım başa çatmaq üzrədir. Yığılan məhsullar isə tədarük məntəqələrində tayalara toplanılaraq emala göndərilir.

İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Eldar Bədirxanovun verdiyi məlumata görə, rayon üzrə 2024-cü ildə 7033,7 hektar sahədə pambıq bitkisi becərilib.

“Əsasən daha məhsuldar və xəstəliklərə dözümlü sayılan “Lazer”, “May 505”, BA-1010, DP adlı toxumlara üstünlük verilib. Rayon üzrə ümumilikdə 800-dən çox fermerlə əkin müqaviləsi bağlanılıb. Tarlalardan pambıq yığılması üçün ərazilərə 30-dan çox kombayn cəlb olunub. Bu günə kimi, tarlalardan 21 min 836,1 ton məhsul tədarük olunub. Orta hesabla hər hektara 31 sentner məhsuldarlıq əldə edilib ki, bu da son 10 ildə İmişlidə pambıqçılıq təsərrüfatında qeydə alınan maksimum göstəricidir. Hazırda isə pambıq tarlalarında yığım işləri bitmək üzrədir”, – deyə qurumun əməkdaşı vurğulayıb.

Qeyd edək ki, 2023-cü ildə hər hektara 24,6 sentner olmaqla 7 min 592,4 hektar sahədən 18 min 680,73 ton məhsul tədarük olunub.

Əvvəlki Yazı

Kiyev hərbi personal çatışmazlığı səbəbindən atəşkəs əldə etməyə çalışacaq

Növbəti Yazı

Azərbaycan xarici işlər nazirinin müavini Maldivə səfər edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.