Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun nümayəndələri ilə telefon danışığı aparıb. Ahaber telekanalının məlumatına görə , təmaslar zamanı Qəzza zolağında atəşkəslə bağlı danışıqlar prosesinin vəziyyəti müzakirə olunub.
Tərəflər “atəşkəslə bağlı razılaşmaların əldə edilməsində əldə olunan irəliləyişi” qiymətləndiriblər. Həmçinin bu istiqamətdə “səylərin davam etdirilməsi” qərara alınıb. (Tass)