Avropa rəsmiləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasının nümayəndələri ilə Ukraynanı müzakirə edib və onları Kiyevə dəstək verməli olduğuna inandırmağa çalışıblar. Bu barədə Bloomberg məlumat yayıb.
Onun sözlərinə görə, Avropa rəsmiləri Tramp komandasının üzvləri ilə bir sıra təkbətək söhbətlər aparıb və onları Ukraynaya dəstəyi davam etdirməyə inandırmağa çalışıblar. Avropalıların fikrincə, bu mövzunun müzakirəsi faktının özü yeni Amerika administrasiyasının hər hansı danışıqlar başlamazdan əvvəl Kiyevə fəal kömək edəcəyi ehtimalını artırır.
Agentlik yazır ki, Avropa rəsmiləri, eyni zamanda, Amerikanın seçilmiş prezidentinin məsləhətləri rədd etməsi və son anda mövqeyini dəyişdirə bilməsi ilə bağlı reputasiyaya malik olduğunu, onun qərarını hər hansı əminliklə proqnozlaşdırmağı çətinləşdirdiyini bildirib.
Bloomberg xəbər verir ki, Trampın komandasının nümayəndəsi bu məlumatı şərh etməyib. (Tass)