Ermənistan hökuməti qonşu dövlətlərlə problemlərini həll etməli, dəstək üçün Aİ və ABŞ-a müraciət etməməlidir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
“Biz istər-istəməz nə vaxtsa Rusiya, Azərbaycan, Türkiyə, İranın indi danışdıqları məsələyə gələcəyik, yəni region ölkələri öz yaxın qonşuları ilə problemlərini həll etməlidirlər”, – deyə o, Ermənistanın Qərblə necə yaxınlaşması ilə bağlı sualı cavablandırıb.
Nazir əlavə edib ki, Ermənistanın Qərb ölkələri və Aİ ilə təmasları baxımından heç bir problem görmür. “Ancaq bizim ərazimizdən, adət-ənənələrimizdən və tarix anlayışımızdan uzaq olan ölkələr Aİ missiyasının Sünik bölgəsində təhlükəsizliyi təmin edəcəyini bəyan edəndə, məsələn, mən bunu başa düşmürəm”, – Lavrov yekunlaşdırıb. (Tass)