Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb. Bu barədə X-də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mesajda qeyd edildiyi kimi, tərəflər Səudiyyə Ərəbistanı ilə Rusiya arasındakı münasibətləri, həmçinin Yaxın Şərqdəki son hadisələri müzakirə ediblər. (Tass)