İyun 18, 2025-2:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Vaqif Mustafayev: “Türk Dünyası Sənədli Film Festivalı”nın gələcəkdə da daha genişlənəcəyinə inanıram

2023:10:22 - 10:10
in MƏDƏNİYYƏT
A A

Bu gün Ankarada “VIII Türk Dünyası Sənədli Film Festivalı”nın final mərhələsi keçiriləcək. Kinorejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayevin festivala təqdim olunan “Fikrət Əmirov” adlı filmi final mərhələsinə yüksəlib.

Tədbirdən əvvəl AZƏRTAC-a müsahibə verən Azərbaycanın Xalq artisti Vaqif Mustafayev “Türk Dünyası Sənədli Film Festivalı”nın türk dünyasının kino sahəsi üzrə ilk festivalı olduğunu xatırladıb.

Kinorejissor deyib: “İki il bundan əvvəl bu festivalın münsiflər heyətinin sədri olmuşam. Buna əsaslanaraq tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu tam əminliklə deyə bilərəm. Filmlərin seçilməsi, münsiflər heyətinin yanaşması, nizam-intizam və ümumiyyətlə kino sahəsi üzrə dəyərli şəxslərin burada iştirakı da festivalın yüksək səviyyəli təşkilinin ən gözəl nümunəsidir. Gələcəkdə bu tədbirin istər maliyyə, istərsə də iştirakçı və təşkili baxımından daha da genişlənəcəyinə inanıram”.

Təqdim etdiyi filmim festivalın final mərhələsinə yüksəldiyini söyləyən Xalq artisti münsiflər heyətinin bu sahəyə professional şəkildə yanaşan və sənətə qiymət verməyi bacaran şəxslərdən ibarət olduğunu bildirib: “Ötən il Bursa şəhərində keçirilən “Korkut Ata” Beynəlxalq Film Festivalında mən “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görüldüm. Oradakı çıxışım zamanı münsiflər heyətinin qərarını ədalətli hesab etdiyimi dedim. Bu gün də eyni sözləri təkrar edəcəyimə ümidvaram. “Fikrət Əmirov” filmim ötən ilin dekabr ayında 1800 nəfərin iştirakı ilə Heydər Əliyev Sarayında ictimaiyyətə təqdim olundu. Oradakı iştirakçıların böyük əksəriyyəti filmdən təsirləndiklərini ifadə etdilər. Yəqin ki, Fikrət Əmirov haqqında bəzi həqiqətlərin ilk dəfə bu filmdə nümayiş etdirilməsi insanlarda böyük təəssürat yaradıb. Bu, filmin uğurunun göstəricisidir. Ümumiyyətlə sənətin əsas missiyası insanların hisslərinə yaxşı mənada toxuna bilməkdir. Bütün bunları nəzərə aldıqda mən buna nail olduğumu və bir rejissor olaraq öz missiyamı yerinə yetirdiyimi düşünürəm”.

Rejissor festivalın təşkilində əməyi keçənlərə və münsiflər heyətinə öz minnətdarlığını ifadə edib.

Əvvəlki Yazı

Sabirabad sakininin evindən silah-sursat aşkarlanıb

Növbəti Yazı

Bakıda Venesuela kinofilmlərinin nümayişi davam edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.