Qətərin baş naziri bildirib ki, Həmas və İsrail girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəliblər. Onun sözlərinə görə, Qəzza zolağında atəşkəs razılaşması yanvarın 19-dan qüvvəyə minəcək.
Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi 42 gün davam edəcək və bu müddət ərzində növbəti mərhələnin şərtləri müəyyənləşəcək.
Qətərin baş naziri təsdiqləyib ki, Həmas İsraillə razılaşmanın ilk mərhələsində 33 girovu azad edəcək. Vasitəçilər İsrail qoşunlarının Qəzza zolağından tam çıxarılmasını təmin etmək üçün danışıqların davam etdirilməsinin təminatçısı kimi çıxış edirlər.