İyun 28, 2025-18:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə irəliləyib

2025:01:16 - 11:27
in İQTİSADİYYAT
A A

Ötən ilin dekabr ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə (65,59 MB/S) görə 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb ki, bu da noyabra nisbətən 1 pillə irəliləyiş deməkdir.

“Report” “Speedtest Global Index”ə istinadən xəbər verir ki, bir il əvvəlki göstərici (35,25 MB/S) ilə müqayisədə ölkədə sabit genişzolaqlı internetin orta sürəti 86 % artıb.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (330,98 MB/S), axırıncı yeri isə Kuba (2,96 MB/S) tutub.

Azərbaycan dekabrda mobil internetin sürətinə görə isə noyabr ayına nisbətən 1 pillə irəliləyərək 56,78 MB/S sürətlə 110 ölkə arasında 55-ci olub.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (453,87 MB/S), sonuncu yeri isə Əfqanıstan (8,20 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə geriləyərək 199 şəhər arasında 58,31 MB/S sürətlə 115-ci yerdə qərarlaşıb.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Valparaiso (322,91 MB/S) başçılıq edib. Sonuncu pillədə Hələb (2,04 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı ötən ay mobil internetin sürətinə görə noyabrdakı mövqeyində qalaraq 72,75 MB/S sürətlə 160 şəhər arasında 77-ci olub.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Əbu-Dabi (527,65 MB/S), sonuncu yeri Herat (8,84 MB/S) tutub.

Əvvəlki Yazı

BANM tələbələri Portuqaliyada təhsil alırlar

Növbəti Yazı

FHN xilasediciləri şərti qəza zamanı deformasiyaya uğramış avtomobildən yaralını xilas ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.