ABŞ çiplərin ixracına məhdudiyyətlər qoymaqla, dağıdıcı siyasətini, proteksionist metodlarını və digər siyasi motivli qanunsuz qərarlarını davam etdirir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“[Co] Bayden administrasiyası tərəfindən yüksək texnologiyalar sahəsində tətbiq edilən növbəti məhdudlaşdırıcı tədbirlər paketi Vaşinqtonun Çinin inkişafının qarşısını almaq üçün apardığı dağıdıcı siyasətinin davamıdır”, – deyə Zaxarova bildirib: “Ədalətli rəqabət və qarşılıqlı faydalı əməkdaşlıq əvəzinə ümumi qəbul edilmiş iqtisadi qanunlara, norma və prinsiplərə əsaslanaraq Birləşmiş Ştatlar və onun peykləri proteksionist metodlardan, qeyri-qanuni sanksiya təzyiqindən və digər siyasi motivli qeyri-qanuni məhdudiyyətlərdən fəal şəkildə istifadə edir”. (Tass)