İsrailin baş naziri Benyamin Netanyahu hökumətə gizli şəkildə girovların azad edilməsi ilə bağlı razılaşmanın birinci mərhələsi başa çatdıqdan sonra Qəzza zolağında müharibəni davam etdirəcəyinə söz verib. Bu fikri “The Washington Post” anonim mənbələrə istinadən yayıb.
Onun məlumatına görə, Netanyahu “bağlı qapılar arxasında” ifrat sağçı müttəfiqlərinə müqavilənin birinci mərhələsindən sonra müharibənin yenidən başlaya biləcəyini vəd edib ki, bu müddət ərzində Fələstin HƏMAS hərəkatı 1 mindən çox fələstinli məhbusun əvəzində 33 girovu azad edəcək. Hakimiyyətdə birliyi qorumaq və siyasi parçalanmadan qaçmaq üçün belə bir addım atıla bilərdi.
İsrailin baş naziri Benyamin Netanyahunun ofisi daha əvvəl İsrail, Fələstinin Həmas hərəkatı, ABŞ və Qətər tərəfindən girovların azad edilməsi və Qəzza zolağında atəşkəs imzalanmasına dair sazişin imzalandığını təsdiqləyib.