İyun 25, 2025-14:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Tarix və Etnologiya İnstitutunda 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa keçirilib

2025:01:17 - 18:00
in SİYASƏT
A A

AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “20 Yanvar tariximizin qanlı və şanlı səhifəsi” adlı dəyirmi masa keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının və ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev 20 Yanvar hadisələrinin baş verməsindən 35 il keçməsinə baxmayaraq, həmin dəhşətli gecənin ağrı-acılarının bu gün də xalqımızın qəlbində, yaddaşında yaşadığını diqqətə çatdırıb. Bildirib ki, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu var.

Daha sonra “20 Yanvar – Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi”, “20 Yanvar qətliamına hüquqi prizmadan baxış”, “28 aprel 1920 – 20 yanvar 1990: tarixi paralellər”, “20 Yanvar faciəsi haqqında nəşrlər”, “20 Yanvar qətliamına verilən siyasi qiymət haqqında”, “20 Yanvar qətliamı insanlığa qarşı cinayət kimi” mövzularında məruzələr dinlənilib. Məruzələrdə bildirilib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Qeyd olunub ki, 20 Yanvar hadisələrinin təfərrüatlarını hər bir azərbaycanlı bilməli və unutmamalıdır. Qeyd olunub ki, Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini alıb.

Əvvəlki Yazı

Nazir Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüşüb

Növbəti Yazı

İsraildə Qəzza razılaşmasını təsdiqləmək üçün Nazirlər Kabinetinin iclası başlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.