İyun 23, 2025-22:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

20 Yanvar faciəsində Xaçmazın bir, Qubanın iki sakini şəhid olub

2025:01:20 - 14:12
in SİYASƏT
A A

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın şimal rayonlarında da böyük ehtiramla anılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmazda Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları ziyarət olunub.

Anım mərasiminin iştirakçıları 20 Yanvar şəhidlərindən olan Xaçmaz rayonunun Uzunoba kənd sakini Zahid Abdullayevin xatirə lövhəsinin önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Zahid Abdullayev 1959-cu il martın 5-də Xaçmaz rayonunun Uzunoba kəndində anadan olub. Qanlı Yanvar hadisələri zamanı Z.Abdullayev zavoddakı iş yoldaşları ilə birlikdə Bakıda xalqımızın etiraz səsini ucaldanlar arasında yer alıb. Həmin gecə o, evə qayıtmayıb. Səhər ailəsi onun şəhid olduğunu öyrənib. İki oğul, bir qız atası olan şəhid Z.Abdullayev Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. Kənddəki orta məktəb şəhidin adını daşıyır.

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Quba rayonunda da anım mərasimləri keçirilib.

Mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan qubalı şəhidlərin xatirəsini anıblar.

Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri 20 Yanvar şəhidi Rahib Hüseynovun məzarını ziyarət ediblər. Səkkiz övlad atası olan R.Hüseynov həmin gün şəxsi işi ilə əlaqədar Bakıya gedib. O, avtomobildə hərəkət edərkən güllə yağışına tuş gəlib. Aldığı ağır yaralardan həlak olan R.Hüseynov Quba şəhər qəbiristanlığında dəfn edilib.

Quba rayonunun Küçeyi kəndində də anım mərasimi təşkil olunub. Burada doğulub boya-başa çatan 20 Yanvar şəhidi Elçin Qeybullayevin kənd qəbiristanlığındakı məzarı ziyarət edilib.

Şəhid Elçin Qeybullayev 1968-ci ildə doğulub. O, hərbi xidmətini başa vurduqdan sonra Bakıda işləməyə başlayıb. Qanlı faciə gecəsi yoldaşları ilə birlikdə tankların qarşısına əliyalın çıxan Elçin qəhrəmancasına şəhid olub. Quba rayonunun Küçeyi kənd ümumi orta məktəbi E.Qeybullayevin adını daşıyır.

20 Yanvar hadisələri zamanı Quba rayonundan iki sakin şəhid olub, üç nəfər isə yaralanıb.

Qusar, Siyəzən, Şabran və Xızı rayonlarında da 20 Yanvar faciəsinin 35-ci ildönümü silsilə tədbirlərlə anılır.

Saat 12:00-da bütün rayonlarda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əvvəlki Yazı

20 Yanvar şəhidi, Gürcüstan azərbaycanlısı Ələsgər Qayıbovun xatirəsi yad edilib

Növbəti Yazı

İlqar Əliyev: Azərbaycanlıların Yanvar qətliamına görə etiraz səsini ucaltması hərbi hissə rəhbərliyini təşvişə salmışdı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.