İyun 23, 2025-13:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Serbiyada 20 Yanvar faciəsinin qurbanları anılıb 

2025:01:20 - 17:00
in SİYASƏT
A A

Serbiyanın paytaxtı Belqradda 20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Report” xəbər verir ki, tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Mədəniyyət və Dil Mərkəzi və “AzVirt” şirkətinin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Səfir Kamil Xasiyev qeyd edib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun və daxili qoşunlarının Bakı, Sumqayıt, Lənkəran və Neftçala şəhərlərində mülki əhaliyə qarşı törətdiyi qətliam, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əzmini qıra bilməyib:

“Bu vəhşi hərbi təcavüz nəticəsində 150 nəfər mülki şəxs həyatını itirib, 744 nəfər ağır yaralanıb və 4 nəfər itkin düşüb.
Hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib.

Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olunub”.

Hüzn əlaməti olaraq Azərbaycan Dövlət bayrağı səfirliyin ərazisində yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Taşmaydan parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

Əvvəlki Yazı

Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

Növbəti Yazı

Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.