ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentlik müddətinin ilk saatlarında Meksika körfəzinin adının Amerika körfəzi adlandırılması haqqında fərman imzalaya bilər. Bu barədə New York Post məlumat yayıb.
Bundan əlavə, o, Şimali Amerikanın ən hündür zirvəsi olan Denali dağının adını dəyişdirə bilər. O, yenidən prezident Barak Obamanın 2015-ci ildə adını dəyişməzdən əvvəl rəsmi sənədlərdə istifadə edilən MakKinli dağı adlandırıla bilər. (Tass)