Gürcüstanın baş naziri İrakli Kobaxidze Donald Trampın ABŞ-da prezidentliyi dövründə gürcü-amerikan münasibətlərinin möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
“Prezident Donald Trampı ikinci prezidentlik müddəti münasibətilə ürəkdən təbrik edirəm. Onun rəhbərliyi qlobal sülhü təmin etməli və gürcü-amerikan münasibətlərini möhkəmləndirməlidir. Bu həlledici yolda sizə uğurlar arzulayıram”, – Kobaxidze X-də yazıb.
Respublikaçı Tramp Amerika administrasiyasının rəhbəri vəzifəsinə yanvarın 20-də başlayıb. O, ilk dəfə 2017-2021-ci illərdə Amerika lideri vəzifəsində çalışıb. Tramp ABŞ tarixində fasilədən sonra yenidən ən yüksək dövlət vəzifəsini icra edən ikinci prezidentdir. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə 22-ci və 1893-1897-ci illərdə 24-cü prezident) nail ola bilmişdi. Tramp ABŞ-ın 45-ci və 47-ci prezidenti oldu. (Tass)