Göyçayda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən tələbələr evə buraxılıblar.
Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Vurğulanıb ki, yanvarın 21-də saat 13:00 radələrində 4 nəfər zəhərlənmə şübhəsi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib:
“Aparılan müayinələr nəticəsində onlara dəqiqləşdirilməmiş qastrit diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərildikdən sonra pasiyentlər ambulator müalicə üçün evə buraxılıb”.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə vurğulanıb ki, Göyçayda baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı birgə araşdırmalara başlanılıb.