BMT-nin baş katibi Antonio Quterreş nəzarətsiz süni intellekti ekzistensial təhlükə adlandırıb.
Davosda keçirilən Dünya İqtisadi Forumunda “Ekzistensial narahatlıq doğuran başqa bir sahə nəzarətsiz süni intellektdir” deyib , həm də döyüş meydanında qorxulu nəticələrə malikdir.”
BMT-nin Baş katibi hesab edir ki, süni intellekt bərabərsizliyi daha da gücləndirə bilər, çünki hamının buna çıxışı yoxdur və hər kəs ondan faydalana bilmir. O, süni intellektin verdiyi imkanların, xüsusən də texnologiya nəzarətdən çıxsa, böyük risklərə səbəb ola biləcəyini vurğulayıb.
Bundan əlavə, Quterreş süni intellekt məsələlərində, o cümlədən BMT vasitəsilə əməkdaşlığın kritik əhəmiyyətini qeyd edib.