Avropa ölkələri müdafiə xərclərini artırmalıdır, bu, onların yaşaması məsələsidir. Bunu Polşanın baş naziri Donald Tusk Avropa Parlamentində Aİ Şurasına Polşa sədrliyinin prioritetlərini təqdim edərkən deyib.
Çıxışı TVP Info tərəfindən yayımlanan Tusk, “Avropa sağ qalmaq istəyirsə, silahlı olmalıdır” deyib . Onun fikrincə, Aİ dövlətləri ABŞ prezidenti Donald Trampın müdafiə xərclərini 5%-ə qədər artırmaq tələbini “müsbət çağırış” kimi qəbul etməlidir. “Bəzi insanlar hesab edir ki, öz təhlükəsizliyinə ÜDM-in 5%-ni xərcləmək həddən artıqdır”, – Polşa baş naziri qeyd edib.
Bundan əlavə, Tusk ümumavropa ordusu kimi “xəyal” layihələri müzakirə etməklə vaxt itirməməyə çağırıb. “Gələcəkdə Avropa ordusunu müzakirə etməyi dayandıraq – illüziya yaratmayaq” deyib Polşa hökumətinin başçısı. Onun fikrincə, Aİ icmanın şərq sərhədlərində müdafiə istehkamları xəttinin yaradılması, eləcə də ümumavropa hava hücumundan müdafiə sistemi sahəsində artıq həyata keçirilən təşəbbüslərin dəstəklənməsinə diqqət yetirməlidir. (Tass)