İyun 20, 2025-21:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Ekspert: “Kotlavan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”

2025:01:22 - 17:58
in İQTİSADİYYAT
A A

Azərbaycanda yeni tikililərdəki mənzillərin təməl mərhələsində (kotlavan) qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Bunu “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, ötən əsrin 90-cı illərin sonunda və 2000-ci illərin əvvəllərində tikilmiş binalardakı mənzillər qiymət artımından nisbətən az təsirləndiyi halda, 2005-2015-ci illərdə tikilmiş binalarda bahalaşma orta səviyyədə, 2015-2023-cü illərdə inşa olunmuş binalarda isə bahalaşma yüksək səviyyədə olub.

Vüqar Oruc qeyd edib ki, son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür: “Bəzən bu mərhələdə olan tikililər hətta yeni tikili və təkrar yeni tikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlar daha çox maraq göstərməyə başlayıblar. Bu da ilkin qeydiyyat və hüquqi məsələlərdə yaradılan etimad mühiti ilə bağlıdır”.

Ekspert əlavə edib ki, əvvəllər mənzillərin qiymətləri əsasən yerləşmə xətti ilə müəyyən edilirdisə, indi MTK brendləri, tikilinin keyfiyyəti və binanın xidmət səviyyəsi əsas seçim meyarlarına çevrilib.

Onun sözlərinə görə, bu dəyişiklik Azərbaycan alıcılarının daha peşəkar yanaşma sərgiləməsi və şəhərin böyüməsi ilə əlaqədardır.

“Alıcılar mənzil seçərkən binaların yeniliyi, təhlükəsizlik tədbirləri, nəqliyyat əlçatanlığı, sahə və planlama komfortu, infrastruktur zənginliyi, parklanma imkanı və ətraf şərait kimi amillərə xüsusi önəm verirlər. Bu amillər alıcıların mənzil bazarındakı davranışını formalaşdırır və yeni tikili seqmentində qiymət artımının əsas səbəblərindən biridir,” – deyə sədr əlavə edib.

Əvvəlki Yazı

Suriyanın yeni hakimiyyət orqanları Rusiya bazalarının gələcəyi ilə bağlı Rusiya Federasiyası ilə danışıqlar aparır

Növbəti Yazı

“İrs” jurnalının yapon dilində növbəti nömrəsi işıq üzü görüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.