İyun 20, 2025-21:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

“İrs” jurnalının yapon dilində növbəti nömrəsi işıq üzü görüb

2025:01:22 - 18:00
in MƏDƏNİYYƏT
A A

“İrs” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub.

AZƏRTAC xəbər verir ki, jurnalda Azərbaycan reallıqları, habelə ölkəmizin milli-mədəni mirası, o cümlədən tarixi və mədəniyyəti haqqında məlumatlar təqdim edilib.

Nəşrdə, həmçinin Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizdə mövcud olan tolerantlıq və multikulturalizm ənənələri, Azərbaycanın tarixi memarlıq abidələri haqqında məqalələr yer alıb.

Buraxılışda Yaponiyanın ölkəmizdəki səfiri Katsuya Vatanabenin iki ölkə arasında əməkdaşlığa dair məqaləsi də verilib.

Qeyd edək ki, “İrs” jurnalı xalqımızın tarixi, mədəniyyəti, incəsənəti və milli-mədəni irs nümunələrinin təbliğində, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayır.

Jurnalın nüsxələri Yaponiyanın dövlət və hökumət qurumlarına, elmi-tədqiqat institutları və beyin mərkəzlərinə, kitabxanalara və ali təhsil ocaqlarına göndərilir, habelə ölkəmizin Yaponiyadakı səfirliyinin keçirdiyi tədbirdə qonaqlara təqdim edilir.

Əvvəlki Yazı

Ekspert: “Kotlavan”dan satılan mənzillər əhəmiyyətli dərəcədə bahalaşıb”

Növbəti Yazı

Ermənistan XİN rəhbəri İrəvan və Bakının sərhədin delimitasiyası üzrə səylərini konstruktiv adlandırıb.

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.